525.Az

Vyetnam prezidenti vəfat etdi


 

Vyetnam prezidenti vəfat etdi <b style="color:red"></b>

Vyetnam prezidenti Çan Day Kuanq dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə xarici KİV xəbər yayıb.

Qeyd edək ki, 61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.

O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub. Karyerasına daxili işlər orqanlarında başlayıb. Sonra isə uzun müddət İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.

Fəlsəfə və hüquq elmləri doktoru olub.

 





21.09.2018    çap et  çap et