525.Az

ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur


 

ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur <b style="color:red"></b>

ABŞ və Yaponiya arasında ticarət münasibətlərinə dair daha bir görüş keçiriləcək.

Trend-in məlumatına görə, Yaponiyanın iqtisadiyyatın bərpası üzrə naziri Tosimitsu Moteqi və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laytxazer arasında müzakirələr sentyabrın 24-də Nyu-Yorkda baş tutacaq.

Görüş barədə yaponiyalı nazir Tokioda mətbuat konfransında məlumat verib.

Nazir deyib: "Biz hər iki ölkə üçün faydalı ola biləcək nəticələrə nail olmaq üçün səylərimizi davam etdirmək niyyətindəyik".

 





21.09.2018    çap et  çap et