525.Az

“Loqos” jurnalının yeni sayı


 

“Loqos” jurnalının yeni sayı<b style="color:red"></b>

Bugünlərdə “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəsmi orqanı olan “Loqos” jurnalının yeni sayı işıq üzü görüb.

Jurnalın “Baş redaktordan...” adlı ilk yazısında Rəhilə Gülgün mərkəzin son fəaliyyətlərini, uğurlarını xatırlayır.

“Bizdən demək” rubrikası faydalı məsləhətlərlə zəngindir.

Məsləhətləri “Loqos”un Üsküdar Universiteti ilə iş birliyi haqqında reportaj izləyir.

Jurnalistlərlə birgə başlanan “Psixoloji maarifləndirmə və media” layihəsi haqqında geniş məlumat, eləcə də mərkəzin mətbuat günü ilə bağlı təşkil etdiyi tədbirdən xəbər də jurnalın bu sayındadır. Mərkəzin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova “Psixologiya həyat amili kimi” məqaləsi ilə çıxış edir.

Psixoloq Elvira Babayeva xoşbəxt və uzun ömürlü həyatdan, Rafiq Allahverdiyev intihardan, Fəxriyyə Nəcəfzadə uşaqların fiziki və cinsi istismarından, “Loqos”un baş uşaq psixoloqu Anara Quliyeva məktəb fobiyasından, psixoterapevt Elmir Əkbər əzəli mövzu olan qaynana-gəlin problemindən danışırlar.

Həmçinin, jurnalda “ShushaPost.az” saytının təqdimatı, mərkəzin səfərləri, yenilikləri və filialları haqqında məlumatlar da var.

Mərkəzin baş psixoloqu Elmira Mirzəyeva “Ziyan vurma, kömək et, sirri qoru”, psixoloq Siyarə Əhmədova “Mən dünyanı görürəm” məqalələri ilə dərginin səhifələrində yer alıblar.

Bu sayda Gülgün Quliyeva nevroloq Rima İbadova ilə söhbət edir.

Oxucular bu sayda Ləman Ağalarovanın tərcüməsi ilə münasibətləri pozan 10 vərdişdən xəbərdar olacaqlar.

Sonda “Mələklər yuvası” bağçasından reportaj və R.Əhmədxanqızının “Daha küləkdən qorxmuram” yazısı var.

Şahanə MÜŞFİQ

 





22.09.2018    çap et  çap et