525.Az

İranda hərbi parad zamanı terror aktı: azı 10 nəfər öldü - Yenilənib


 

İranda hərbi parad zamanı terror aktı: azı 10 nəfər öldü - <b style="color:red">Yenilənib </b>

İranın Əhvaz şəhərində hərbi parad zamanı azı 10 nəfərin ölümünə səbəb olan insidentlə bağlı məsuliyyəti "Əl-Əhvaziyə" separat qruplaşması öz üzərinə götürüb.

Trend-in məlumatına görə, İran HQ-nın nümayəndəsi atəş açan bütün şəxslər artıq zərərsizləşdirilib.

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada

***

Xəbər saat 11:35-də yenilənib

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əsgərinin öldüyü bildirilir. Trend-in məlumatına görə, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.

***

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Trend-in məlumatına görə, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

İlkin məlumata görə, insident nəticəsində bir neçə əsgər ölüb, yaralılar da var.

Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

Yaralılar xəstəxanaya çatdırılır.

 





22.09.2018    çap et  çap et