525.Az

İran prezidenti: "Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir"


 

İran prezidenti: "Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir"<b style="color:red"></b>

Vaşinqton Tehranla bağlı siyasətinə yenidən baxmasa, ABŞ prezidenti Donald Tramp və onun ölkəsini Səddam Hüseynin aqibəti gözləyəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

O həmçinin qeyd edib ki, İran hətta ABŞ-ın təzyiqi altında belə raket proqramından imtina etməyəcək.

"BMT və Təhlükəsizlik Şurası Səddamı müharibəni başlamaqda məsuliyyətli bildi, onu əvvəl dəstəkləyən bütün ölkələr isə buna təəssüfləndilər. Eyni aqibət Tramp və Amerikanı gözləyir", - deyə "Press TV" Ruhaninin sözlərini sitat gətirib.

 





23.09.2018    çap et  çap et