525.Az

Qaradağda vulkan püskürdü


 

Qaradağda vulkan püskürdü<b style="color:red"></b>

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevin Trend-ə verdiyi məlumata görə, bu gün saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb.

Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

 





23.09.2018    çap et  çap et