525.Az

Binəli Yıldırım Özbəkistandadır


 

Binəli Yıldırım Özbəkistandadır<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Özbəkistana səfər edib.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, "Esenboğa" hava limanında parlament sədri jurnalistlərin suallarını cavablandırıb.

B.Yıldırım bildirib ki, yüksək səviyyəli səfərləri nəticəsində Ankara və Daşkəndin münasibətləri strateji əməkdaşlıq səviyyəsinə çatıb.

B.Yıldırımın səfər çərçivəsində Özbəkistanın prezidenti, baş naziri və digər rəsmi şəxslərlə görüşləri olacaq.

 





24.09.2018    çap et  çap et