525.Az

Misir Mərdanov: “Azərbaycanda təhsillə bağlı həyata keçirilən islahatlar tarixi zərurətdən irəli gəlib”


 

Misir Mərdanov: “Azərbaycanda təhsillə bağlı həyata  keçirilən islahatlar tarixi zərurətdən irəli gəlib”<b style="color:red"></b>

Azərbaycanın təhsil sistemində 10 ildən artıq bir müddətdə davamlı məqsədyönlü şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin mühüm əlamətlərindən biridir. Müstəqillik yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə fəaliyyət standartlarına, işin forma, məzmun mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi dəyişdirilməsinə geniş imkanlar açır.

 

Təhsil naziri Misir Mərdanovun fikrincə, Azərbaycanda təhsillə bağlı həyata keçirilən islahatlar tarixi zərurətdən, zamanın tələbindən irəli gəlmişdir. Ən diqqətçəkən cəhət ondan ibarətdir ki, islahatlar başlanarkən inqilabçılıq, köhnəni tamamilə inkar etmək yolu tutulmamış, yeniliklərin mütərəqqi ənənələr üzərində qurulması diqqət mərkəzində saxlanmışdır. Bununla belə, islahatlar o zaman məqbul sayılır ki, dünənə qədər yararlı hesab edilənlərin artıq bu gün tələblərə uyğun gəlmədiyi barədə cəmiyyətdə obyektiv fikir formalaşsın.Təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri dərslik siyasəti ilə bağlıdır: “Dərslik hər bir insanın həyatda ilk dəfə oxuduğu kitabdır, heç yanılmarıq. “Kitab bilik şəhərinin nurudur”. İnsanları öyrənməyə, məlumatlanmağa, biliklərə, bacarıq vərdişlər qazanmağa aparan yol da məhz belə kitablardan - dərsliklərdən başlanır. Bir dərslik yazmağın əziyyəti cild-cild roman yazmağın zəhmətindən daha çoxdur. Buna görə bütün həyatını, yaradıcılığını bir ya bir neçə dərsliyə həsr etmiş alim mütəxəssislərin təhsil tariximizdə şərəfli yer tutması hamıya yaxşı məlumdur. Elə dərsliklər var ki, bunlar onilliklər ərzində davamlı surətdə təkmilləşdirilmiş, yenidən işlənmiş, hətta ayrı-ayrı müəlliflər qrupu tərəfindən müxtəlif variantlarda hazırlanmışdır. Bununla belə, dərsliklər daim ictimaiyyətin diqqətində olduğundan onlara həmişə tələbkarlıqla yanaşılmış, tənqidi münasibət bəslənilmişdir. Bu da təbiidir, çünki yaranan kitabların ən vaciblərindən hesab edilən dərsliklər cəmiyyətdə uşaq gənclərin təhsillənməsi yolunda başlıca vasitə kimi qəbul olunmaqdadır. Bu yerdə indiyədək ciddi diqqət yetirilməyən bir məqama toxunmaq istərdim. Məsələ bundadır ki, dərsliklərin müvafiq tədris proqramları əsasında yazılmasına baxmayaraq, son nəticədə məhz dərsliklər tənqid hədəfinə çevrilir. Halbuki hər bir fənnin məzmunu bilavasitə tədris proqramlarında müəyyənləşdirilir. Ona görə dərsliklərə münasibət göstərilərkən, ilk növbədə, tədris proqramlarının hansı səviyyədə hazırlanmasına, mövcud tələbatları ödəyib ödəməməsinə xüsusi diqqət yetirilməlidir. Əlbəttə, keyfiyyətli tərtib olunmuş tədris proqramı əsasında zəif dərslik yazıla bilər, bu, muəllifin peşəkarlığından birbaşa asılıdır. Lakin məzmun baxımından real tələblərə cavab verməyən proqram əsasında yaxşı dərslik hazırlamaq sağlam məntiqə heç cür uyğun gəlmir. Fikrimcə, sovet dönəmində yaranan, müstəqillik illərində eyni prinsiplər əsasında hazırlanan dərsliklərdəki nöqsan çatışmazlıqların mənbəyini ümumi təhsilin məzmununun fənyönümlü olmasında, daha çox faktların, məlumatların, nəzəri materialların mənimsədilməsinə yönəlməsində axtarmaq daha düzgün olardı. O vaxtlar əksər dərsliklərin mərkəzdə hazırlanıb yerlərdə tərcümə edilərək istifadə olunması səbəbindən müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda dərslik yaradıcılığı sahəsində mütəxəssislərin kifayət qədər formalaşmaması da dərsliklərin keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri idi. İslahatların nəticəsi olaraq mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla ümumi təhsilin məzmununda təklifyönümlülükdən tələbyönümlülüyə keçilməsi, şəxsiyyətyönümlülük, inteqrativlik istiqamətlərinin gücləndirilməsi, məzmunun əvvəlcədən müəyyən edilmiş nəticələrin (standartların) reallaşdırılmasına yönəldilməsi bunlarla əlaqədar təlim prosesindəmüəllim-şagirdmünasibətlərinin, təlim strategiyalarının mahiyyətcə dəyişməsi dərslik hazırlığı məsələlərinə yeni yanaşma formalaşdırmışdır. Bütün bunlar dərslik yaradıcılığı sahəsində III mərhələni şərtləndirən əsas amillərdir”.

 

Nazirin sözlərinə görə, müstəqilliyin son 10 ilində Azərbaycan təhsili böyük inkişaf yolu keçib. Müstəqilliyin 20 ili ərzində Azərbaycan böyük uğurlara imza atıb. 20 il ərzində Azərbaycanın bütün sahələrində olduğu kimi, təhsil sahəsində çox böyük işlər görülüb. Bu illər ərzində 2 mindən çox orta məktəb binası tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub yenidən qurulub. Bütün bunlarla yanaşı 20 il ərzində Azərbaycanın ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün milli dərsliklər yaranıb pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Azərbaycan milli əlifbaya keçərkən təhsilimiz ciddi çətinliklərlə qarşılaşıb, ancaq bunlara baxmayaraq qısa zamanda bütün məktəblər kitabxanalar yeni əlifba ilə çap olunan dərslik əlavə vəsaitlərlə təmin edilib: “Ən vacibi odur ki, biz bu illər ərzində Azərbaycanın milli təhsil sistemini qura bilmişik. Bu doğrudan da çox ciddi bir işdi. Keçmişdə biz Azərbaycan Respublikası kimi tanınsaq da özümüzün milli təhsil sistemimiz, qaydalarımız, qanunlarımız, normativ hüquqi sənədlərimiz olmayıb. Uzun illər Moskvadan gələn sənədlər əsasında biz öz işimizi qurmağa çalışmışıq. Müstəqillik əldə etdikdən sonra ilk növbədə zərurət yarandı ki, biz Azərbaycan təhsilinin normativ hüquqi bazasını yaradaq. Baxın, biz müstəqilliyimizi 1991-ci ildə əldə etsək , Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul olunub. Deməli milli təhsil sisteminin normativ hüquqi bazası da əslində bundan sonra yaranmağa başlayıb. Məni sevindirən hal odur ki, artıq biz müstəqil Azərbaycanın təhsil sisteminin normativ hüquqi bazasını yarada bilmişik. Bu bazanı yaradarkən özümüzün milli, mənəvi dəyərlərimizə, mövcud olan təhsil sistemimizə, beynəlxalq təcrübəyə əsaslanmışıq. Hesab edirəm ki, bu son 10 ildə gördüyümüz ən ciddi mühüm işlərdən biridir. Artıq bu normativ hüquqi baza üzərində öz işimizi qurmaqdayıq”.

 

Təhsil naziri deyir ki, bu gün ictimaiyyəti, o cümlədən dövlətin təhsil siyasətinin icrasına cavabdehlik daşıyan şəxsləri qane etməyən məqamlar hansılardır?: “Etiraf etməliyik ki, uzun illərdən bəri ciddi cəhdlərə baxmayaraq, ümumi təhsilin keyfiyyət səviyyəsi ilə bağlı istənilən nəticə hələ əldə olunmamışdır. Qeyd etmək lazımdır ki, keyfiyyət problemi təkcə bizim ölkənin qayğısı deyildir, bu məsələ hətta inkişaf etmiş dövlətlərdə öz aktuallığını saxlamaqdadır. Belə güman etmək olmaz ki, ən qabaqcıl ölkələrdə belə, təhsilə cəlb olunanların hamısı orta təhsili bitirə bilir, yaxud ali təhsil almaq istəyən məzunların əksəriyyəti ali məktəblərə daxil olur. Ancaq bu, bizim üçün, əlbəttə, təsəlli ola bilməz, problemin həlli istiqamətində daha təsirli tədbirlər nəzərdə tutulmalıdır”.

 

M.Mərdanovun dediyinə görə, başlıca hədəf kimi təhsilin keyfiyyətinin təmin olunması, məlumdur ki, bir çox məsələlərlə sıx bağlıdır. Buraya, ilk növbədə, məktəbin səriştəli idarəolunması, pedaqoji kollektivin vahid məqsəd ətrafında səfərbər edilməsi, müəllimlərin elmi-nəzəri peşəkarlıq səviyyəsi, onlar üçün yaradıcı səmərəli fəaliyyət şəraitinin yaradılması, kollektivdə sağlam psixoloji mühitin demokratik ab-havanın olması, ailələrlə işgüzar əməkdaşlıq, müəllimlərin fəaliyyətinə şagirdlərin nailiyyətlərinə pedaqoji nəzarətin təmin edilməsi sair amillər daxildir. Şagirdin əhatə olunduğu, erkən yaşlarından dünyagörüşünün formalaşmasına təsir edən mühit, yaşadığı ailədəki mənəvi-psixoloji atmosfer sosial vəziyyət onun keyfiyyətli təhsil almasında az rol oynamır. Müşahidə faktlar göstərir ki, müasir dövrün şagirdləri həyati hadisələrə obyektiv münasibət göstərmək, məlumatlılıq, faktik vəziyyətə çevik uyğunlaşmaq, müstəqilliyə meyil etmək baxımından əvvəlki vaxtların uşaqlarından müsbət mənada xeyli fərqlənirlər. Onların əksəriyyəti İKT vasitələrindən bacarıqla istifadə edirlər ki, bu faktı təfəkkürün normal inkişafının göstəricisi kimi qəbul etmək olar. Bununla belə, məktəb rəhbərləri, müəllimlər, hətta valideynlər bəzi uşaqlarda təhsilə, təhsillənməyə marağın azalmasından narahatlıqlarını bildirir bu halın, xüsusilə, ibtidai sinif mərhələsindən sonra başlandığını vurğulayırlar. Digər ölkələrdə, əsasən keçmiş postsovet respublikalarında aparılan tədqiqatlarda da belə vəziyyətin mövcudluğu qeyd edilir. Göründüyü kimi, bu problem mühüm hədəflərdən biri olmaqla ciddi sosial-pedaqoji tədqiqatlar aparılması zərurəti yaradır: “Ümumiyyətlə götürsək, gələcək üçün müəyyənləşdirilən hədəflərin böyük əksəriyyəti vahid bir məqsədə - əsas hədəf sayılan təhsilin keyfiyyətcə yüksəlməsinə xidmət edir. Bu məsələ bütün dövrlər üçün aktualdır, sadəcə, zamana görə tələblər dəyişir. Təsadüfi deyil ki, “Avropa-2020 strateji inkişaf proqramında tövsiyə olunan milli səviyyə üzrə fəaliyyət istiqamətləri bilavasitə təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlmişdir. Cəmiyyətdə inkişaf tendensiyalarının qaçılmaz mahiyyəti belədir ki, bu gün məqbul sayılan sabah köhnəlmiş hesab olunur təhsil sistemi proqnozlaşdırılan tərəqqi meyillərinə həssaslıqla cavab verməyi ona çevik uyğunlaşmağı bacarmalıdır. Hazırda ölkəmizin ümumi təhsil sisteminin növbəti 10 il üçün başlıca hədəfləri təhsil infrastrukturunun yenidən qurulması üzrə işləri davam etdirməklə bütün ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə birnövbəli rejiminə keçməsinin təmin olunmasından, təhsil müəssisələrinin maddi-texniki təminatına dair minimum tələbatı əks etdirən standartların hazırlanıb təsdiq edilməsindən, xüsusi istedada malik uşaq gənclər üçün təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi müvafiq inkişaf mərkəzlərinin təşkilindən, xüsusi qayğıya ehtiyacı olan, eləcə sağlamlıq imkanları məhdud uşaqlar üçün regional bərpa-sağlamlıq mərkəzlərinin təsis edilməsindən, inklüziv təhsilin tətbiqi imkanlarının genişləndirilməsindən, 12 illik ümumi təhsilə keçidin təmin olunması bununla əlaqədar təhsil proqramlarının (kurikulumların) yeniləşdirilməsindən, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilindən, təsdiq edilmiş tətbiqinə başlanmış təhsil proqramlarının (kurikulumların) şagird nailiyyətlərinin qiymətləndirilməsi mexanizmlərinin zamanın tələbinə uyğun təkmilləşdirilməsindən, elektron dərslik, dərs vəsaitləri tədris resurslarının, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların, eləcə inklüziv təhsil proqramlarının hazırlanmasından, bütün təhsil müəssisələrinin İnternetlə təmin edilməsindən, təhsilin idarə olunmasında icmanın rolunun gücləndirilməsindən elektron xidmətlərin geniş tətbiqindən, “Elektron məktəblərin sayının artırılmasından, məktəb kitabxanalarının modernləşdirilməsindən, təhsil fəaliyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyətinə nəzarət üzrə təkmil monitorinq sisteminin yaradılmasından, pedaqoji kadrların, o cümlədən rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsi, ixtisaslarının artırılması mexanizmlərinin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsindən, adambaşına maliyyələşdirmə modellərinin geniş tətbiqindən,  ümumi təhsil müəssisələrinin mövcud şəbəkəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin hazırlanıb həyata keçirilməsindən digər bu kimi aktual məsələlərdən ibarətdir. Qeyd olunan istiqamətlər üzrə fəaliyyətlər, heç şübhəsiz, ayrıca alt-proqramlar, layihələr əsasında təşkil ediləcəkdir. Əlbəttə, ötüb keçən son 10 ilin təhlili görülən işlərin miqyası ilə yanaşı, buraxılan nöqsanları onun nəticələrini açıq-aydın göstərir. Təhsil Nazirliyi heç vaxt çatışmazlıqları danmaq, bunlara qarşı seyrçi mövqe tutmaq fikrində olmamış, necə deyərlər, hər bir şeyi öz adı ilə çağırmışdır. Bu mənada mövcud vəziyyətin obyektiv qiymətləndirilməsini bütün məqamlarda inkişafa aparan yolun başlanğıcı hesab etmək olar”.

M.Mərdanov deyir ki, ümumi təhsil sahəsində bu gün ictimaiyyəti narahat edən problemləri, nöqsan çatışmazlıqları aradan qaldırmaq, bəzilərinin düşündüyünün əksinə olaraq, yalnız inzibati yolla mümkün deyildir. Qarşıya qoyulan vəzifələr o zaman uğurla yerinə yetirilə bilər ki, təhsil prosesinin bütün iştirakçılarında, ilk növbədə, tapşırılan işə sadəcə məsuliyyət hissi yox, məsuliyyət mədəniyyəti formalaşsın. Məsuliyyət mədəniyyəti qanunlara, qanunçuluğa, konkret halda təhsil qanunvericiliyinə hörmətdən başlanır. Təhsil sahəsində hər bir şəxsin müvafiq qanunvericilik sənədlərinə bələdliyi, öz fəaliyyətini hüquqi normativ aktların tələbləri əsasında qura bilməsi, dövrün, zamanın diktə etdiyi tələblərə uyğunlaşması, innovasiyaları mənimsəyib qiymətləndirməsi onun səriştəliliyinin ilk göstəricisidir. Etiraf etmək lazımdır ki, indiki vaxtda bir sıra təhsil işçilərində çatışmayan cəhət məhz bundan ibarətdir: “Məlumdur ki, ən yüksək peşəkarlıqla hazırlanan sənədlər belə, yerlərdə lazımi səviyyədə icra edilməzsə, öz dəyərini itirmiş olur. Bu cür halların baş verməməsi isə bilavasitə rayon şəhərlərdə təhsilə, təhsil müəssisələrinə rəhbərlik edən şəxslərdən asılıdır. Cəmiyyətdə çoxdan formalaşmış hamı tərəfindən qəbul edilən bir fikirdir ki, məktəbdə müəllim əsas simadır. Lakin unutmaq olmaz ki, məsələn, hər hansı bir məktəbdə dövlətin təhsil siyasətinin tələblərinin həyata keçirilməsinə səriştəli rəhbərlik edilmirsə, pedaqoji kollektiv həmin məqsəd ətrafında səfərbər olunmursa, müəssisədə yaradıcı, təşəbbüskar atmosferi yaradılmırsa, təhsil prosesinə peşəkar səviyyədə pedaqoji nəzarət təmin edilmirsə, bu zaman bütövlükdə müəllimlərin səmərəli fəaliyyətindən danışmaq əbəsdir. Yaxşı müəllim yalnız sağlam mənəvi-psixoloji şərait olan məktəbdə formalaşa, təcrübə qazana nüfuzlu şəxsə çevrilə bilər. Öz növbəsində keyfiyyətli təhsil bilavasitə düşünülmüş məqsədyönlü fəaliyyət sistemi yaradılan məktəbdə reallaşa bilər. Bu mənada məktəbə kimin rəhbərlik etməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Hazırda cəmiyyət dövlət tərəfindən təhsilə yüksək tələblərin irəli sürüldüyü bir vaxtda məktəb direktoru rəhbərlik etdiyi pedaqoji kollektivin lideri səviyyəsində olmalıdır. Bu günün məktəb direktoru elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə bacarığı, prinsipiallığı, yaradıcılığı, təşəbbüskarlığı, mədəni səviyyəsi, cəmiyyətdə nüfuzu digər bu kimi cəhətləri ilə fərqlənməlidir. Biz keçmiş sovetlər birliyinin stereotiplərindən ayrılaraq ümumi təhsil sistemində apardığımız məzmun islahatlarını irəliyə doğru addım kimi qiymətləndiririk. İlk dəfədir ki, uzun illərdən sonra ümumi təhsil sistemində daha çox idraki fəallığa, düşüncəyə, şəxsiyyətin formalaşmasını şərtləndirən həyati bacarıqların mənimsənilməsinə yönəlmiş məzmun standartları hazırlanıb tətbiqinə başlanmışdır. Bununla belə, təhlil müşahidələr göstərir ki, bu sahədə uğurlu nəticələrlə yanaşı, nöqsanlar da mövcuddur. Həmin nöqsanlar isə, bir qayda olaraq, təhsil prosesinin yeni tələblər əsasında idarə edilməməsi ilə birbaşa əlaqədardır. Yəni bəzi məktəblərdə rəhbərliyin məsuliyyətsizliyi səriştəsizliyi nəticəsində müasir təhsil proqramlarının (kurikulumların) mahiyyətinin izahına, müəllimlərin hazırlıq səviyyəsinə, şagirdlərin təlim nəticələrinin təhlilinə, yeni pedaqoji texnologiyaların öyrənilməsinə, bütövlükdə təhsil fəaliyyətlərinin monitorinqinin aparılıb əməli təkliflər hazırlanmasına lazımi diqqət yetirilmir. Bu bu kimi faktlardan aydın olur ki, məktəb direktorlarımızın heç hamısı çalışdığı kollektivdə lider məqamına çata bilməmişdir. Halbuki növbəti illər üçün nəzərdə tutulan hədəflərin bir çoxunun reallaşdırılması məhz bu amildən asılıdır. Ona görə məktəb rəhbərlərinin düzgün seçilməsi, peşəkarlıq səviyyələrinin artırılması, müasir idarəetmə texnologiyalarına yiyələnmələrinin təmin edilməsi yaxın gələcəkdə əsas hədəflərdən hesab olunur. Bununla belə, vəzifə funksiyalarını layiqincə yerinə yetirməsi üçün məktəb direktoru müəyyən səlahiyyətlərə malik olmalıdır. İndiki halda məktəb direktorları müəssisənin büdcəsinin formalaşdırılmasında yaxından iştirak edə bilmirlər, ayrılan vəsaiti müstəqil idarə etmək imkanından məhrumdurlar. Təkmil qaydalar olmadığı üçün onlar vəzifəsinin öhdəsindən gələ bilməyən müəllimlərin pedaqoji işdən uzaqlaşdırılmasında da xeyli çətinlik çəkir, bürokratik əngəllərlə üzləşirlər”.

 

Təhsil nazirinin dediyinə görə, həlli vacib problemlərdən biri də müəllim peşəkarlığının, eləcə də müəllimlərin peşə məsuliyyətinin, icra intizamının artırılması ilə bağlıdır: “ Yuxarıda zəif idarəçiliyin müəllim fəaliyyətsizliyinə gətirib çıxarmasını qeyd etdik. Lakin bu, yeganə səbəb deyildir. Obyektiv desək, əsl müəllimə ciddi nəzarət tələb olunmur. Bəzən ictimaiyyət arasındayaxşı müəllim”, “zəif müəllim”, həttapis müəllimifadələri işlədilir. Bu məqamdaElin gözü tərəzidirməsəli daha yerinə düşür. Xeyli faktlar məlumdur ki, I sinfə qəbul zamanı valideynlər uşaqlarının konkret bir müəllimin (müəllimlərin) sinfində oxumasına etiraz edir, digər məktəblərə üz tuturlar. Yuxarı siniflərdə belə hallar müşahidə olunur. Təsəvvür etmək çətin deyil ki, cəmiyyətdə valideynlər arasında nüfuz qazana bilməyən müəllimlərlə dərs apardıqları fənlər üzrə keyfiyyətli təhsilə nail olmaq qeyri-mümkündür, onlar heç bir cəhətdən şagirdlərə nümunə ola bilməzlər. Bu problem çoxdan mövcuddur, daim diqqətə çatdırılır, lakin onlara qarşı sərt mövqe tutulması ilə bağlı mövcud qanunvericilikdəki boşluqlar da aradan qaldırılmır. Məsuliyyət mədəniyyətindən uzaq belə müəllimlərin dərslərində iştirakdan şagirdlər çox vaxt boyun qaçırırlar. Nahaq yerə demirlər ki, müəllimin ən obyektiv inspektoru məhz şagirdlərdir. Əlbəttə, uzun illərdən bəri hamını düşündürən bu problemi birdən-birə həll etmək imkan xaricindədir. Ona görə bu istiqamətdə tədricən ciddi monitorinqlərə başlamaq, diferensiasiya yolu ilə həmin müəllimlər üçün müvafiq əlavə təlimlər sistemi müəyyənləşdirmək, eləcə uyğun gəlməyənləri pedaqoji işdən kənarlaşdırmağa yönəlmiş qanunvericilik bazası yaratmaq əsas vəzifələrdəndir. Bu gün biz nəticəyönümlü, şagirdyönümlü, şəxsiyyətyönümlü təhsildən danışırıq, şagirdlərdə yaradıcılıq, tədqiqatçılıq, təşəbbüskarlıq, məsuliyyətlilik cavabdehlik, liderlik bacarıqlarının formalaşdırılmasını başlıca məqsədlərdən biri kimi ön plana çəkirik. Əgər bu keyfiyyətlər məktəb rəhbərləri müəllimlərin hamısında olmazsa, onlar necə reallaşdırıla bilər?! Ümumi təhsilin məzmunu mütəxəssislər tərəfindən müəyyənləşdirilsə , hər bir müəllim öz fənninin eksperti olmalı, proqramlara da, dərsliklərə , təhsil prosesinin təşkilinə yaradıcı münasibət bəsləməyi bacarmalıdır. Müəllimin vəzifəsi, sadəcə olaraq, dərslikdə olanları şagirdlərə danışmaq deyildir. Belə olan halda müəllim, şagird inkişaf edə bilməz, dərsliklərin əsirinə çevrilərlər. Əsl müəllim bir informasiyanın neçə-neçə müvafiq informasiyalarla zənginləşdirilməsində, müstəqil araşdırma aparmaqla əlavə məlumatların toplanmasında, informasiyaların çeşidlənib zəruri olanların müəyyənləşdirilməsində, aldığı biliklər əsasında öz fikirlərini irəli sürməkdə şagirdlərə yardımçı olan, istiqamət verən şəxsdir. “Öyrənməyi öyrətməkmüddəasının əsasını da məhz bu amillər təşkil edir.

 

Növbəti 10 il üçün müəyyən olunan hədəflər arasında məktəbin səriştəli idarə edilməsi müəllim peşəkarlığı məsələsinə xüsusi önəm verməyimiz, heç şübhəsiz, təsadüfi deyildir hamı tərəfindən başa düşüləndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müntəzəm diqqət qayğısı ilə son dövrdə ümumi təhsilin maddi-texniki tədris bazasının, bütövlükdə infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı böyük işlər görülmüşdür həmin proses uğurla davam etməkdədir. Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən bütün bu tədbirlər ümumi təhsilin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyətə malik stimul olmaqla bərabər, təhsili idarəetmə orqanlarının məktəb rəhbərlərinin, müəllimlərin səy əzmkarlığının, məsuliyyət mədəniyyətinin, müasir tələblərə uyğun peşəkarlığının artırılmasını zəruri edir. Hazırkı dövr üçün taleyüklü sayılan həmin vəzifənin reallaşdırılması başlıca məqsədlərdən biri kimi növbəti illərdə fəaliyyətimizin əsasını təşkil edəcəkdir”.

Sevinc QARAYEVA

 





07.10.2012    çap et  çap et