525.Az

Nazirlər Kabineti DİM-ə müraciət etdi


 

Nazirlər Kabineti DİM-ə müraciət etdi<b style="color:red"></b>

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib.

Bunu Trend-ə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

X.Xanlarzadənin sözlərinə görə, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır. Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır.

DİM rəsmisi Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbənin təhsil aldığını deyib.

 





24.09.2018    çap et  çap et