525.Az

Türkiyədə Azərbaycanın da iştirakı ilə hərbi dəniz təlimləri keçiriləcək


 

Türkiyədə Azərbaycanın da iştirakı ilə hərbi dəniz təlimləri keçiriləcək<b style="color:red"></b>

Türkiyə NATO üzvü olan 9 ölkə, eyni zamanda, Azərbaycan, Əlcəzair, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanının iştiakı ilə “Mavi balina 2018” adı altında hərbi dəniz təlimləri keçirəcək.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Hərbi təlimlər 28 sentyabr - 7 oktyabr tarixlərində keçiriləcək.

Məlumata əsasən hərbi dəniz təlimləri Aralıq dənizinin şərqində keçiriləcək. Təlimlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus beş sualtı gəmi iştirak edəcək.

 





25.09.2018    çap et  çap et