525.Az

İlon Mask "Tesla"nın Direktorlar Şurasının sədri vəzifəsindən gedəcək


 

İlon Mask "Tesla"nın Direktorlar Şurasının sədri vəzifəsindən gedəcək<b style="color:red"></b>

Biznesmen İlon Mask "Tesla"nın Direktorlar Şurasının sədri vəzifəsini tərk edəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, iş adamı və ABŞ-ın Qiymətli Kağızlar üzrə Komissiyası onun dələduzluqda ittiham olunmasından sonra belə razılığa gəlib. Buna baxmayaraq, Mask şirkətin baş direktoru vəzifəsində qalacaq.

Məlumata görə, Mask Direktorlar Şurasının sədri vəzifəsini 45 gün ərzində azad etməlidir. Razılaşmaya uyğun olaraq, o, yaxın üç il ərzində bu vəzifəni tuta bilməz. Biznesmeni müstəqil menecer əvəzləyəcək.

Mask həmçinin 20 milyon dollar cərimə ödəməlidir.

 





01.10.2018    çap et  çap et