525.Az

Ronaldo "El Klassiko"nun tarixinə düşdü


 

Ronaldo "El Klassiko"nun tarixinə düşdü<b style="color:red"></b>

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu "El Klassiko" tarixinə düşüb.

La Liqanın sonuncu turu çərçivəsində səfərdə "Barselona" ilə görüşdə 2 qola imza atan Ronaldo ardıcıl 6 "El Klassiko"da fərqlənən ilk oyunçu olub.

27 yaşlı futbolçu son 6 "El Klassiko"da fərqlənməklə "Real"ın sabiq futbolçusu İvan Zamoranonu geridə qoyub. 1992-1996 illərdə "Real"ın şərəfini qorumuş Zamorano ardıcıl 5 "El Klassiko"da rəqib qapıya yol tapmışdı.

Qeyd edək ki, "Barselona" - "Real" oyunu 2:2 hesabı ilə başa çatmışdı.

 





08.10.2012    çap et  çap et