525.Az

Çində 666 pianodan ibarət ansambldan yeni rekord


 

Çində 666 pianodan ibarət ansambldan yeni rekord <b style="color:red"></b>

Çinin Xebey vilayətində 666 pianodan ibarət ansamblın çıxışı Ginnes üçün yeni rekord müəyyən edib.

AzərTAc Çin KİV-lərinə istinadla xəbər verir ki, 8 ölkəni təmsil edən pianoçular, o cümlədən peşəkar və həvəskar musiqiçilər, müəllimlər, tələbələr, uşaqlar və gözdən əlillər Çində islahatların başlamasının 40-cı ildönümünə həsr olunan konsertdə 666 piano ifa ediblər.

Uçian qəsəbəsində təşkil olunan konsert zamanı pianoların 40-ı quraşdırılmış səhnədə, qalanları isə meydanda yerləşdirilib.

Ansambldakı pianoların ümumi dəyəri 50 milyon yuan (7,3 milyon ABŞ dolları) olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 2007-ci ildə Cənubi Koreyada 555 pianonun iştirakı ilə qeydə alınmışdı.

 





07.10.2018    çap et  çap et