525.Az

Güləşçimiz dünya çempionu oldu


 

Güləşçimiz dünya çempionu oldu<b style="color:red"></b>

Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərin yarışında “B” qrupunda Mayis İbadov (70 kq) gümüş medal qazanıb.

Yunan-Roma güləşi üzrə mübarizədə isə Musa Mirzəyev (130 kq) “A” qrupunda dünya çempionu olub, Rövşən İsmayılxanlı (130 kq) “D” qrupunda ikinci yeri tutub.

 





09.10.2018    çap et  çap et