525.Az

Bakıda ofisiant xanım sərxoş müştərini bıçaqladı


 

Bakıda ofisiant xanım sərxoş müştərini bıçaqladı<b style="color:red"></b>

Gecə Bakının Binəqədi rayonunda kafedə qulluqçu işləyən qadın həmin kafeyə şam yeməyinə gələn müştərini bıçaqlayıb. Hadisə Xırdalan dairəsi adlanan ərazidə yerləşən “Arzu” kafesində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, 31 yaşlı Mirzəyev Mirdaməd Mirseyid oğlu həmin kafeyə gələn zaman sərxoş vəziyyətdə olub. Bu vaxt o, masaya xidmət edən xanıma qarşı nalayiq ifadələr də işlətdiyindən onların arasında mübahisə yaşanıb. Mübahisə zəminində Mirdaməd Mirzəyev həmin xanımı bərk döyməyə başlayıb.

Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran xidmətçi qadın özünü mətbəxə verib və əlində bıçaq Mirdamədin qarşısına çıxaraq onu bıçaqlayıb. Qarın nahiyəsindən bir bıçaq yarası alan Mirdaməd Mirzəyevi yanında olan dostları təcili 1 saylı xəstəxanaya çatdırıblar və onun üzərində cərrahi əməliyyat aparılıb.

Qanlı hadisə ilə əlaqədar Binəqədi polisinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən qulluqçu qadın polis tərəfindən saxlanılıb. İlkin ifadəsi zamanı o, hadisəni özünümüdafiə məqsədi ilə törətdiyini bildirib. Faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb.

ANS PRESS

 





08.10.2012    çap et  çap et