525.Az

"Azərbaycan Respublikasının təkmil miqrasiya profili"nin hazırlanmasına dair görüş


 

"Azərbaycan Respublikasının təkmil miqrasiya profili"nin hazırlanmasına dair görüş <b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətində (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə "Azərbaycan Respublikasının təkmil miqrasiya profili" nin hazırlanmasına dair müştərək görüş keçirilib.

DMX-dən verilən məlumata görə, tədbirdə 11 mərkəzi icra hakimiyyəti orqanının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekspertlər iştirak ediblər.

Tədbirdə DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış edərək, layihənin mahiyyəti barədə məlumat verib. O bildirib ki, "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanacaq "Azərbaycan Respublikasının təkmil miqrasiya profili"nin məqsədi regional və qlobal öhdəliklərə dayanaraq ölkəmizin miqrasiya sahəsində siyasətinin inkişafına dəstək verilməsidir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin məsul əməkdaşlarının və ekspertlərin görüşdə geniş təqdimatla çıxışları dinlənilib, prioritetlər təhlil olunub.

C.ABASOV

 





10.10.2018    çap et  çap et