525.Az

Əbülfəs Qarayev Mingəçevirdə vətəndaşları qəbul edəcək


 

Əbülfəs Qarayev Mingəçevirdə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin oktyabr ayının 17-də Mingəçevir şəhərində saat 11:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

 





10.10.2018    çap et  çap et