525.Az

Nanotexnologiya sahəsində dövlət proqramı hazırlanacaq


 

Nanotexnologiya sahəsində dövlət proqramı hazırlanacaq<b style="color:red"></b>

Nanotexnologiya sahəsində yaradılmış Koordinasiya Şurasında bu istiqamətdə dövlət proqramının hazırlanması qərarına gəlinib.

Bakı Dövlət Universitetindən verilən məlumata görə, məlum olduğu kimi, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndililməsini müəyyən etmək üçün Koordinasiya Şurası yaradılıb və Şuraya rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib.

Bununla əlaqədar olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə iclas keçirilib.

Koordinasiya Şurasının tərkibi və qarşıda duran vəzifələrin müzakirə edildiyi iclasda akademik A.Məhərrəmov çıxış edərək bildirib ki, şuranın üzvləri AMEA, Bakı Dövlət Universiteti, digər elm və təhsil müəssisələrindəki nanotexnologiya sahəsində işləyən mütəxəssislərdir. Nanotexnologiyanın dünya elmində tutduğu yer, onun nəticələrinin tətbiq sferasının genişliyi haqqında danışan akademik A.Məhərrəmov bu istiqamətdə dövlət proqramının hazırlanması təklifini irəli sürüb. Qeyd edib ki, nanotexnologiyanın inkişaf proqramının hazırlanması ölkədə həm elmin, həm də elm tutumlu sənayenin inkişafına güclü təkan verə bilər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə belə bir proqramın hazırlanmasının Azərbaycan elminin inkişafına böyük töhfələr verəcəyindən danışıb. Təklif ətrafında çıxış edənlər bu istiqamətdə proqramın hazırlanmasını dəstəkləyiblər.

Qeyd edək ki, iclasda AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak ediblər.

 





11.10.2018    çap et  çap et