525.Az

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində


 

BDU XII Azərbaycan beynəlxalq təhsil sərgisində <b style="color:red"></b>

Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub.

Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti (BDU) öz stendi ilə təmsil olunur.

Açılış mərasimində çıxış edən təhsil naziri C.Bayramov nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Daha sonra C.Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən BDU-nun stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin ali məktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız BDU-nun yer aldığını bildirib. Rektor həmçinin BDU-nun daha iki beynəlxalq reytinq cədvəlində qərarlaşdığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq Təhsil Sərgisində ziyarətçilərə BDU-nun bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən eyniadlı sərgidə BDU “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.

 





11.10.2018    çap et  çap et