525.Az

Vnukovo, Şeremetyevo, Domodedovo aeroportlarının adı dəyişdirilir


 

Vnukovo, Şeremetyevo, Domodedovo aeroportlarının adı dəyişdirilir <b style="color:red"></b>

Rusiyada turistləri cəlb etmək üçün aeroportların adı dəyişdirilir.

Trend-in məlumatına görə, analoji addım ölkənin bir çox aeroportlarında aparılacaq.

Məlumatda deyilir ki, 445 şəhərdə ən çox 170 milyondan artıq sərnişin tutumu olan aeroportların adının dəyişdirilməsi gündəmdədir.

Məsələn, paytaxt Moskvada fəaliyyət göstərən aeroportlara (Vnukovo, Şeremetyevo, Domodedovo) Dmitri Mendeleyev, Fyodor Dostoyevski və Lev Tolstoyun adlarının verilməsi təklif edilir.

Noyabrın 30-da bununla bağlı ümumxalq səsverməsi keçiriləcək.

 





11.10.2018    çap et  çap et