525.Az

Baykonur kosmodromunda qəza baş verdi


 

Baykonur kosmodromunda qəza baş verdi <b style="color:red"></b>

Qazaxıstanın Baykonur kosmodromunda “Soyuz MS-10” raket-daşıyıcısının buraxılışı zamanı qəza baş verib.

Trend-in məlumatına görə, qəza ilə əlaqədar Beynəlxalq Kosmik Stansiyaya göndərilən kapsul geri qaytarılıb.

Raketdaşıyıcı stansiyaya rusiyalı kosmonavt Aleksey Ovçini və amerikalı Nik Heyqi çatdırmalı idi.

Onlar artıq yerə çatıblar. Kosmonavtların xəsarət almadığı deyilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

 





11.10.2018    çap et  çap et