525.Az

Bəzi cərimələr 5 dəfə artırıla bilər


 

Bəzi cərimələr 5 dəfə artırıla bilər <b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin 5 dəfə artırılmasıdır:

"Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq".

Nazir müavini qeyd edib ki, son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:

"Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək".

 





11.10.2018    çap et  çap et