525.Az

Mogerini: "Avropa İttifaqı olmasaydı..."


 

Mogerini: "Avropa İttifaqı olmasaydı..."<b style="color:red"></b>

Avropa İttifaqı olmasaydı, dünya çökərdi.

Trend-in məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Aİ nümayəndəsi Federika Mogerini Finlandiyada universitetlərin birində mühazirə oxuyarkən deyib.

O bildirib ki, dünya hazırda ən yaxşı vaxtlarını yaşamır, amma Aİ olmasa, onun vəziyyəti daha da pis olardı:

“Bir anlıq bu barədə düşünün. Gözlərinizi yumun və bir anlıq təsəvvür edin ki, Avropa İttifaqı dünya səhnəsindən silinib. Hesab edək ki, bir həftəlik və ya bir neçə günlük. Dünya sadəcə çökərdi”.

 





12.10.2018    çap et  çap et