525.Az

İstanbulun yeni hava limanından Bakıya ilk reysin tarxi açıqlandı


 

İstanbulun yeni hava limanından Bakıya ilk reysin tarxi açıqlandı<b style="color:red"></b>

İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.

Bu barədə Trend Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.

Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.

Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.

 





12.10.2018    çap et  çap et