525.Az

"Qarabağ münaqişəsində beynəlxalq hüquq prinsiplərinə sadiqlik kənara qoyulub"


 

"Qarabağ münaqişəsində beynəlxalq hüquq prinsiplərinə sadiqlik kənara qoyulub"<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT və beynəlxalq hüquq prinsiplərinin riayət olunmasına sadiqlik kənara qoyulub.

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü zamanı deyib.

Tsereteli davam edən gərginliyin Avrasiya regionunda ölkələr arasında böyük fikir ayrılıqlarına doğru aparmağından təəssüfləndiyini bildirib:

"Münaqişələr Avrasiyanın bütün nöqtələrində baş verir, lakin ATƏT və beynəlxalq hüquq prinsiplərinə riayət olunmur. Bu, əvvəlki kimi, potensialımızı tam reallaşdırmağa imkan vermir".

 





12.10.2018    çap et  çap et