525.Az

"Anam yuxuma gəldi" - Aydın Ağazadənin şeiri


 

"Anam yuxuma gəldi" - <b style="color:red">Aydın Ağazadənin şeiri </b>

ANAM YUXUMA GƏLDİ

Darıxmışdım nə vaxtdı,
Anam yuxuma gəldi.
Göydən bir ulduz axdı,
Anam yuxuma gəldi.

Yatmış idi, oyandı,
Uzu nura boyandı,
Məni görüb, boylandı, -
Anam yuxuma gəldi.

Çox bilərdi azımı,
Qış eylədi yazını,
Çəkəmmədim nazını -
Anam yuxuma gəldi.

Quş kimi uçub gedən,
Bizi vaxtsız tərk edən.
Yoxluğuna öyrədən -
Anam yuxuma gəldi.

Nə biləydim bitəcək,
Ömür sona yetəcək.
Bizi yetim edəcək -
Anam yuxuma gəldi.

Kaş bu yuxu bitməyə,
Röyam sona yetməyə,
Təki bir də getməyə!..
Anam yuxuma gəldi.

 





12.10.2018    çap et  çap et