525.Az

UNEC alimləri milli iqtisadiyyatın inkişaf perspektivlərindən danışdılar


 

UNEC alimləri milli iqtisadiyyatın inkişaf perspektivlərindən danışdılar<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətlərinə həsr olunan respublika elmi konfransında iştirak edib.

UNEC-dən verilən məlumata əsasən, sözügedən konfrans "Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri" mövzusunda olub. Konfransda ölkənin tanınmış akademikləri və alimləri təmsil olunub.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov və Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov konfransın plenar iclasında çıxış ediblər. Professor Zahid Məmmədov müasir universitetlərin missiyaları barədə danışıb. UNEC-in professoru bilik iqtisadiyyatı şəraitində ali təhsil müəssisələrinin öz missiyalarını təhsil, tədqiqat və biliklərin kommersiyalaşmasına uyğun qurmalı olduqlarının vacibliyini vurğulayıb.

Professor Elşad Məmmədov "Elmi tərəqqiyə əsaslanan innovativ iqtisadiyyatın idarə edilməsi" mövzusunda məruzə  ilə çıxış edib. E.Məmmədov qeyd edib ki, Azərbaycan çox uğurlu, stabilliyə söykənən və dayanıqlı iqtisadi inkişafa imkan yaradan rəqabət üstünlüyünə malikdir.

Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb. Konfransın materialları toplu şəklində çap olunaraq iştirakçılara təqdim edilib.

S.QARAYEVA

 





12.10.2018    çap et  çap et