525.Az

Dövlət Komitəsi yeni layihəyə start verdi


 

Dövlət Komitəsi yeni layihəyə start verdi<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihə həyata keçirir.

Komitədən verilən məlumata görə, layihə "Sabahın xeyir, Azərbaycan" adlanır.

Hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaqlar.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

C.ABASOV

 





12.10.2018    çap et  çap et