525.Az

AQTA-dan aqrokimyəvi maddələr və pestisidlərin idxalıyla məşğul olanlara xəbərdarlıq


 

"SƏNƏDLƏR QANUNVERİCİLİYƏ UYĞUN QAYDADA TƏQDİM EDİLMƏDİKDƏ BU MADDƏLƏRİN ÖLKƏYƏ İDXALINA İCAZƏ VERİLMİR"

AQTA-dan aqrokimyəvi maddələr və pestisidlərin idxalıyla məşğul olanlara xəbərdarlıq<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib.

AQTA-dan verilən məlumata görə, müraciətdə bildirilib ki, respublika ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən, ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə agentlik ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna və bitki mühafizə vasitələrini müşayiət edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməsinə nəzarət edir: "Qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir".

Qeyd olunub ki, AQTA yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir ki, pestisid və aqrokimyəvi maddələri müşayiət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir.

Ceyhun ABASOV

 





12.10.2018    çap et  çap et