525.Az

Cavid Qurbanov Bakı-Lənkəran dəmir yolunun köçürülməsindən danışdı


 

Cavid Qurbanov Bakı-Lənkəran dəmir yolunun köçürülməsindən danışdı<b style="color:red"></b>

Bakı-Lənkəran dəmir yolu sahəsinin yenidən tikilməsi və köçürülməsi ilə əlaqədar layihələndirmə işlərini cari ilin sonunadək başa çatdırmaq planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, Bakı-Lənkəran dəmir yolunun köçürülməsi və yenidən tikilməsinə gələn il başlanılacaq:

"Layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən aparılır. Yolun yenidən tikilməsi və köçürülməsi Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti ilə bağlıdır".

 





12.10.2018    çap et  çap et