525.Az

Azər Badamov: “Gələcək illərdə Azərbaycanı sıçrayışlı inkişaf gözləyir”


 

Azər Badamov: “Gələcək illərdə Azərbaycanı sıçrayışlı inkişaf gözləyir”<b style="color:red"></b>

“Azərbaycanın sosial-iqtisadi sferasının istiqamətləri və prioritetləri uğurludur və düşünürəm ki, gələcək illərdə ölkəmizi sıçrayışlı inkişaf gözləyir”.

Bu barədə millət vəkili Azər Badamov prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqlanan göstəricilərə, səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. 

Deputat vurğulayıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının toxunduğu hər bir sahə ölkəmizin iqtisadiyyatı üçün prioritetdir və verdiyi hər bir tapşırıq gələcək inkişafımız üçün bir proqramdır:

“Azərbaycanın sosial-iqtisadi inkişafından danışan prezident yola saldığımız 9 ayın ölkəmiz üçün uğulu olduğunu söylədi. Cari ilin 9 ayının statistik göstəricilərinə nəzər salanda biz görürük ki, cənab prezidentin yürütdüyü düşünülmüş sosial-iqtisadi siyasət həqiqətən ölkəmizi inkişafa doğru aparır. Cari ilin 9 ayı ərzində ümumidaxili məhsulun 0,8%, qeyri-neft sektorunun 1%, sənayenin 2%, qeyri-neft sənayenin 10,8%, kənd təsərrüfatın 4,3%, xarici ticarət dövrüyyəsinin 37%, qeyri-neft məhsulların ixracının 14% artması, infilyasının 2,6%, əhalinin pul gəlirlərinin isə 9,5% artması onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı tərəqqi yolundadır. İqtisadiyyata 9 milyard dollar, o cümələdən, qeyri-neft sektoruna 5,6 milyard dollar investisiyanın yatırılması və 85 min yeni daimi iş yerlərinin yaranması təbii ki, uğurlu iqtisadi siyasətimizin bəhrəsidir.  Dövlət büdcəsinə artımlar edərək, düzəlişlər edilməklə iqtisadiyyata milyardlarla dollar investisyaların yönəldilməsinə baxmayaraq, ölkəmizin maliyyə təhlükəsizlik yastığını təşkil edən valyuta ehtiyatlarımız yola saldığımız 9 ayı ərzində 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Təbii ki, bu da  iqtisadiyyatımızın dinamik inkişafının göstəricisidir”. 

Millət vəkili 9 ayın sosial-iqtisadi yekunlarını çox müsbət qiymətləndirdiyini,  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasətin çox uğurlu olduğunu əlavə edib.

A.Badamov cari ilin sonuna kimi əldə edilmiş nəticələrin daha artacağını deyib. Onun sözlərinə görə, bu, reallıqdır və ilin sonuna qədər əldə edilmiş nəticələrin daha yüksək olacağını əminliklə deyə bilərik:
 
“Çünki qəbul olunmuş proqramlar, həyata keçirməyə başladığımız layihələr və ilin sonuna qədər müəyyən olunmuş hədəflər uğurla icra olunur. Ölkəmizdə ilin sonuna qədər yeni sənaye və kənd təsərrüfatı müəssisələrin açılışları olacaq, yeni məhsulların və malların istehsalı həyata keçiriləcək, ixracımız artacaq, yeni iş yerlərin sayı daha artacaq və ümumiyyətlə, ölkəmizə gələn valyutanın həcmi çoxalacaq. Bu da Azərbaycan iqtisadiyyatının makroiqtisadi sabitliyini qoruyub saxlayacaq və 2019-cu ilə inamla getməyimizə şərait yaradacaq. Düşünürəm ki, ölkəmizin sosial-iqtisadi sferasının istiqamətləri və prioritetləri uğurludur və gələcək illərdə Azərbaycanı sıçrayışlı inkişaf gözləyir. Bir neçə ildən sonra Azərbaycan dünyanın ən qabaqcıl ölkəsinə çevriləcəkdir. Bunun üçün bütün imkanlar var  və mövcud potensialdan çox səmərəli istifadə olunur”.

PƏRVANƏ

 





13.10.2018    çap et  çap et