525.Az

Sponsorlar rejissor və ssenaristi niyə döydülər? - Pərvinin təqdimatında - ANONS


 

Sponsorlar rejissor və ssenaristi niyə döydülər? - Pərvinin təqdimatında - <b style="color:red">ANONS</b>

Sənətin bir qəribəliyini də əks etdirir “Ol” filmi... Başlayanda, lap əvvəldə sirdi, ovsundu sənət, amma zamanla peşəkarlıq, yenilik, daha böyük hədəflərin əsirinə çevrilir insan... Namiq uduzmuş bir insanın sözləriylə danışır, lap-lap əvvəldəki ovqatını, arzularını istəyir: “İstəmirəm, Fika! İstəmirəm kino uydurmaq yalandan, yalançı hadisələr istəmirəm... Hər şey yanıb, hisslərim, düşüncələrim yanıb... Cavanlıqda çəkmək istədiyimiz kinoları çəkmək istəyirəm, Fika! Harda qaldı o kinolar, hə? Ehtiraslar, cavanlığımız, səhvlərimiz, onları istəyirəm Fika! İndi böyük olmuşuq, müdrik olmuşuq, yaşlanmışıq, təcrübəmiz eşşək boyda... Dərin adamlar olmuşuq - təbiəti qoruyun, insanları sevin, dünyanın axırıdı... İstəmirəm belə kino!” - Yazıçı Pərvinin "Ol"maq, ya olmamaq" yazısından parça

- Yaradılışa poetik baxış...

- Döyülmüş ilham pərisi...

- Simvollarla, şərtilik ifadə edən elementlərlə zəngin film - "OL"

- Rejissor və ssenaristin özlərini oynadıqları film...

- Sponsorlar rejissor və ssenaristi niyə döydülər?

- Olmaqla olmamaq arasındakı vəziyyəti göstərən ekran əsəri...

- "Ol" filmini başqa ekran əsərlərindən fərqləndirən nədir? 

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





13.10.2018    çap et  çap et