525.Az

"Sınmaqdan yanadı şüşələr, qadın..." - Kəmaləddin Qədimin şeirləri - ANONS


 

"Sınmaqdan yanadı şüşələr, qadın..." - Kəmaləddin Qədimin şeirləri - <b style="color:red">ANONS</b>

Burax, bundan belə sevda dediyin
Nədisə, qoy film, dizi danışsın.
Mən adda nə dəli oğlanı dinsin,
Sən adda nə mələk qızı danışsın.

***

Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.
Hər yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

***

Gəl də gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...

***

Mən paşa saxladım, paşa könlümü,
Daim tutsalar da daşa könlümü.
Sındır, sən də sındır şüşə könlümü,
Sınmaqdan yanadı şüşələr, qadın...

***

Bitəcək beş-altı qarışda yolum,
Bu uzun, bu yorğun qarışqa yolum.
Bir ayrı yerim yox, bir başqa yolum,
Hələ sən yıxdığın evdə qalıram...

ŞEİRLƏRİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





13.10.2018    çap et  çap et