525.Az

“Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə”


 

“Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə”<b style="color:red"></b>

Oktyabrın 14-də İçərişəhərdə açıq havada “Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək.

AZƏRTAC xəbər verir ki, plener Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə dəstəyi ilə təşkil olunacaq.

Yaşlı və gənc fırça ustalarının sənət əsərlərinin yer alacağı plener çərçivəsində Böyük Britaniyanın adət və ənənələri, mədəniyyəti, eləcə də təbiəti rəssamlar tərəfindən tablolara köçürüləcək.

Tədbir iki ölkə arasında mədəni sahədə qarışlıqlı əməkdaşlıq əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır.

 





13.10.2018    çap et  çap et