525.Az

Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir


 

Qida Təhlükəsizliyi İnstitutunda pərakəndə satış müəssisələrinin rəhbərlərinə təlim keçirilir<b style="color:red"></b>

Dünən Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunda qida sahəsində fəaliyyət göstərən 30-dan çox pərakəndə satış müəssisələrinin rəhbərlərinə qida təhlükəsizliyi ilə bağlı təlimə başlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, iki gün davam edəcək təlimin birinci günündə AQTA-nın əməkdaşları “Qida zənciri boyunca qida təhlükəsizliyi”, “Qida məhsulları necə təhlükəli ola bilər?”,  “Çirklənmə yolları hansılardır?”, “GHP - Yaxşı gigiyena təcrübələri və onun komponentləri” mövzularında təqdimatla çıxış ediblər.

Təlimin ikinci günündə “HACCP sistemi və qida təhlükəsizliyi”, “Qida təhlükəsizliyi sahəsində yerli və beynəlxalq texniki normativ hüquqi aktlar” kimi mövzular müzakirə olunacaq. Sonda təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

CEYHUN

 





13.10.2018    çap et  çap et