525.Az

Bu il ölkədə 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb


 

Bu il ölkədə 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb<b style="color:red"></b>

Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah qeydə alınıb.

“Trend”in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 9877 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər. Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib.

 





13.10.2018    çap et  çap et