525.Az

Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı


 

Sürüşmə zonasındakı bəzi iaşə obyektləri fəaliyyətini dayandırdı<b style="color:red"></b>

Bu gün Badamdar qəsəbəsində baş vermiş sürüşmə hadisəsi həmin ərazidə yerləşən bir sıra iaşə obyektlərinin işinə mənfi təsir göstərib.

Trend-in məlumatına görə, Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən yolun kənarındakı yamacda sürüşmə səbəbindən ətrafda yerləşən bəzi iaşə obyektləri fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Qeyd edək ki, sürüşmə ilə əlaqədar Badamdar - "20-ci sahə" və "20-ci sahə" - Badamdar yolu bağlanıb, nəqliyyatın hərəkətinə icazə verilmir.

Bundan başqa, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin ərazidə elektrik enerjisi və 11 fərdi evə təbii qazın verilişi dayandırılıb.

 





13.10.2018    çap et  çap et