525.Az

Yaponiyada evin damına meteorit düşdü


 

Yaponiyada evin damına meteorit düşdü<b style="color:red"></b>

Yaponiyanın Komaki şəhərində evlərin birinin üzərinə meteorit düşüb.

Trend-in məlumatına görə, evin damına düşən daş parçası 3 yerə parçalanıb.

Aparılan araşdırmalar nəticəsində bunun meteorit olduğu müəyyənləşib.

Həmin meteoritin 4,5 milyard yaşı olduğu ehtimal edilir. “Komaki meteoriti” adı verilən daşlar muzeyə yerləşdirilib.

 





13.10.2018    çap et  çap et