525.Az

Ərdoğan ABŞ-la əməkdaşlığın davam etdiriləcəyinə ümidvardır


 

Ərdoğan ABŞ-la əməkdaşlığın davam etdiriləcəyinə ümidvardır<b style="color:red"></b>

Ümid edirəm ki, ABŞ və Türkiyə əməkdaşlığı davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu "Tvitter" sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir məhkəməsi amerikalı pastor Endrü Bransonu azad etdikdən sonra Donald Trampa cavab olaraq bildirib.

Ərdoğan bildirib: "Hörmətli prezident Tramp, qeyd etdiyim kimi, Türkiyə məhkəməsi müstəqil olaraq öz qərarını verdi. Ümid edirəm ki, ABŞ və Türkiyə öz əməkdaşlığını davam etdirəcək".

Türkiyə prezidenti həmçinin ölkələrin birlikdə terrorizmə qarşı mübarizə aparacaqlarına ümidvar olduğunu bildirib.

 





14.10.2018    çap et  çap et