525.Az

Şumaxerin oğlu "Formula-3"ün qalibi oldu


 

Şumaxerin oğlu "Formula-3"ün qalibi oldu <b style="color:red"></b>

"Formula-1"in yeddiqat çempionu Mihael Şumaxerin oğlu Mik Avropanın "Formula-3" yarışmasının vaxtından əvvəl çempionu olub.

Trend-in məlumatına görə, 19 yaşlı pilot Hokkehaymdaki yarış zamanı ikinci olub və ən yaxın izləyicisi britaniyalı Den Tiktum üçün əlçatmaz olub.

"PREMA Theodore Racing" komandasını təmsil edən Mik "Formula-3"ün hazırkı mövsümündə 8 dəfə qalib gəlib. Bir il öncə özünün debüt mövsümündə pilot 12-ci olub.

2016-cı ildə Mik Şumaxer "F4"ün İtaliya və Almaniya seriyalarında ikinci olub.

 





14.10.2018    çap et  çap et