525.Az

Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb


 

Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 09:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən son məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.
 
Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

 





14.10.2018    çap et  çap et