525.Az

Ölkə ərazisində 83 əcnəbi saxlanılıb


 

Ölkə ərazisində 83 əcnəbi saxlanılıb

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

Xidmətdən 525.az saytına verilən məlumata görə, avqustun 27-31-də DMX tərəfindən Bakı şəhərində, həmçinin Ağdaş və Şəmkir rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 83 əcnəbi aşkar olunub. Həmin şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

BƏXTİYAR

 





03.09.2012    çap et  çap et