525.Az

Neymar: "Messinin milliyə çağırılmaması biabırçılıqdır"


 

Neymar: "Messinin milliyə çağırılmaması biabırçılıqdır" <b style="color:red"></b>

PSJ-nin hücumçusu Neymar “Barselona”nın oyunçusu Lionel Messinin Argentina millisinə çağırılmamasına münasibət bildirib.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu bunu biabırçılıq adlandırıb: “Bu, futbol üçün biabırçılıqdır. Nə qədər ki, imkan var, Messinin oyunundan zövq almalıyıq. O, nə qədər çox oynasa, futbolu sevənlər üçün bir o qədər yaxşıdır”.

Qeyd edək ki, Messi məşqçilər korpusundan bu ilin sonuna milli komandaya çağırılmamağını xahiş edib.

 





14.10.2018    çap et  çap et