525.Az

XİN-dən ABŞ-da saxlanılan həmyerlimizlə bağlı açıqlama


 

XİN-dən ABŞ-da saxlanılan həmyerlimizlə bağlı açıqlama<b style="color:red"></b>

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin tapşırığı ilə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən saxlanmış Azərbaycan vətəndaşı Sevinc Tağıyevaya lazımi hüquqi və konsul köməyini göstərəcək.

Bu barədə dünən Trend-ə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Hazırda səfirlik Tağıyevanın hansı məqsədlə ABŞ-da olmasını araşdırır. Hələ ki konsulluğun əməkdaşları onunla görüşə bilməyiblər. O, Hyuston şəhərində həbsdə saxlanılır.

ABŞ-ın hüquq-mühafizə orqanları Tağıyevanı ixrac prosedurlarının pozulmasında ittiham edirlər.

Abdullayevin sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Tağıyevanın tutulmasından dərhal sonra bu barədə Azərbaycan səfirliyini xəbərdar edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hələlik saxlanılan digər vətəndaş - Şövkət Abdullayev barəsində dəqiq informasiya yoxdur.

 





08.10.2012    çap et  çap et