525.Az

"Badamdardakı sürüşmə zonasında uçqunların davam edəcəyi gözlənilir"


 

"Badamdardakı sürüşmə zonasında uçqunların davam edəcəyi gözlənilir"<b style="color:red"></b>

Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasında sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik dinamikası dayanmayıb.

Üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.

 





16.10.2018    çap et  çap et