525.Az

ABŞ Türkiyədən səudiyyəli jurnalistin itkin düşməsi ilə bağlı iş üzrə məlumatları istədi


 

ABŞ Türkiyədən səudiyyəli jurnalistin itkin düşməsi ilə bağlı iş üzrə məlumatları istədi<b style="color:red"></b>

ABŞ Türkiyədən səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı xüsusi xidmətlərdə olan audio və video məlumatları istəyib.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı bildirib.

D.Tramp jurnalistlərin audio və video materialların Türkiyədən istənilməsi ilə bağlı suallarına cavab olaraq deyib: "Bəli, biz onlardan bunu istəmişik, əgər bu mövcuddusa <...> Yəqin ki, mövcuddur".

ABŞ prezidenti vurğulayıb ki, dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərindən sonra bu işlə bağlı ona "tam hesabatı" təqdim edəcək: "Bu mənim [dövlət katibinə] verəcəyim ilk sual olacaq [audio və video materiallar haqqında]".

D.Tramp qeyd edib ki, səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı aparılan araşdırmanın nəticələri həftənin sonuna qədər məlum olacaq.

 





18.10.2018    çap et  çap et