525.Az

Pompeo: "Türkiyəyə qarşı sanksiyalar ləğv edilə bilər"


 

Pompeo: "Türkiyəyə qarşı sanksiyalar ləğv edilə bilər"<b style="color:red"></b>

ABŞ Türkiyəyə qarşı pastor Endrü Bransonla əlaqəli tətbiq edilmiş sanksiyalar barədə yaxın zamanda qərar qəbul edəcək.

Ternd-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib.

M.Pompeo deyib: "Yaxln zamanda biz qərar qəbul edəcəyik. Hazırda onları ləğv etmək məntiqli olardı, amma son qərar hələki qəbul edilməyib. Mən bunu prezident ilə müzakirə etməliyəm".

 





18.10.2018    çap et  çap et