525.Az

ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı


 

ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı<b style="color:red"></b>

ABŞ-ın 2 "F-15" qırıcısı səhvən Suriyada kürdlərin məntəqələrini bombalayıblar.

Trend-in məlumatına görə, yalnış aviazərbələr nəticəsidə 6 kürd əsgəri həlak olub, daha 15 nəfər yaralanıb.

Bildirilir ki, aviazərbə anında kürdlər İŞİD mövqelərinə hücuma keçiblərmiş.

Amerika silahlı qüvvələri ilə Suriya demokratik qüvvələri arasında hərbi əməliyyatların koordinasiya olunmaması səbəbindən həmin ərazinin yenidən terrorçuların əlinə keçmiş olduğu bildirilir.

 





18.10.2018    çap et  çap et