525.Az

UNEC magistrləri üçün ikili diplom imkanları genişləndirilir


 

UNEC magistrləri üçün ikili diplom imkanları genişləndirilir<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov magistraturaya qəbul olan 1-ci kurs tələbələri ilə görüş keçirib.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olan magistrlər ilə görüş zamanı magistratura səviyyəsində tətbiq olunan tədrisin yeni standartlarının əhəmiyyətindən, yaratdığı yeni imkanlardan danışılıb. Magistrlərə bir semestrlik tədqiqat işi aparma fürsətinin verdiyi üstünlüklərindən bəhs edilib.

Rektor qeyd edib ki, UNEC-in prioritet fəaliyyətlərindən sayılan beynəlxalq əməkdaşlıq istiqamətində yeni uğurlara imza atılıb. ABŞ-ın nüfuzlu Linkoln Universiteti ilə ikili diplom proqramından söz açan rektor, əldə olunan razılaşmanın bakalavrlarla yanaşı, magistrlərin da yararlana biləcəyini qeyd edib: "UNEC-də təhsil alanlar üçün geniş imkanlar yaradılır. Bu imkanlardan istifadə etmək sizin öhdənizdədir". Görüşdə Türkiyə və Avropanın beynəlxalq mübadilə proqramları haqqında məlumat çatdırılıb.

Daha sonra magistrlər onları narahat edən sualları verib və təkliflərini rektora çatdırıblar.

Qeyd edək ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının qərarı ilə magistr və doktorantların hazırlığının təkmilləşdirilməsi məqsədi ilə yaradılıb.

S.QARAYEVA

 





18.10.2018    çap et  çap et