525.Az

Milli Kitabxanada "18 oktyabr Dövlət Müstəqilliyi Günüdür" sərgisi


 

Milli Kitabxanada "18 oktyabr Dövlət Müstəqilliyi Günüdür" sərgisi<b style="color:red"></b>

Oktyabrın 17-də Milli Kitabxanada "18 oktyabr Dövlət Müstəqilliyi Günüdür" adlı geniş kitab sərgisinin açılışı olub.

Sərgini M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova açıb, iştirakçılara Azərbaycanın dövlət müstəqilliyi haqqında məlumat verib, 70 il sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Konstitusiya Aktı"nın qəbul olunduğunu və bu mühüm tarixi sənədlə xalqımızın ikinci dəfə öz müstəqilliyini qazandığını söyləyib. Ədibə İsmayılova çıxışında Konstitusiya aktında göstərildiyi kimi, müstəqil suveren respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Milli Kitabxanası hər il dövlət müstəqilliyi günü ilə bağlı mütəmadi olaraq bir sıra kütləvi tədbirlər, eləcə də geniş kitab sərgisi vasitəsilə oxucuları məlumatlandırır.

Sərgidə Azərbaycanın dövlət müstəqilliyindən bəhs edən 300-ə yaxın Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş etdirilib.

Sonda iştirakçılar sərgi ilə tanış olub.

 





18.10.2018    çap et  çap et